

Masallı Xəritədə

Masallı

Boradigah Cümə Məscidi (1853-1854)

İstisu
Masallı rayonu
Masallı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Masallı şəhəridir.
İstisu

İstisu

İstisu

İstisu

İstisu

Tarixi
Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun"Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.
"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlardaMasal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb.
Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.

Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir.
Coğrafiyası
Respublikanın cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı – Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.
Əhali
AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 211.951 nəfər əhali yaşayır.
Etnik Tərkibi
Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)
Masallı rayon İcra Hakimiyyətinin rəsmi veb-saytında rayonun əhalisi haqqında verilən məlumata əsasən 1 yanvar 2014-cü il tarixinə rayonun əhalisi 211.9 min (1 km²-ə 294[1] nəfər əhali düşür) nəfərdir, o cümlədən əhalinin 76.00%-ini azərbaycanlılar, 23.40%-initalışlar, 0.05%-ni isə ruslar təşkil edirlər.[2] Rəsmi veb-saytında rayon əhalisinə dair məlumatlar verərkən icra hakimiyyəti rəsmi sayımların yekunlarından fərqli rəqəmləri təqdim etsə də məlumatların əsaslandığı mənbələri qeyd etməmişdir.

Bələdiyyələri
Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 2-i qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.
İnzibati bölgüsü
Ləğv edilmiş yaşayış məntəqələri
-
Kosagül kəndi
Qoruqlar
Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac dövlət təbiət qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı (el arasında ona Razdar da deyilir) qorunur.
Tarixi və memarlıq abidələri
Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur
-
XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;
-
III – IX əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri arxeoloji abidə;
-
IX – X əsrlərə aid "Ərkivan qalası";
-
Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;
-
XIX əsrə aid Masallı şəhər Cümə məscidi;
-
XIX əsrə aid Boradigah məscidi;
-
XIX əsrə aid Qızılavar məscidi;
-
XIX əsrə aid Masallı şəhərində hamam;
-
XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;
-
XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;
-
XIX əsrə aid Sığdaş kəndində Mirsəli ocağı;
-
XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;
-
XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;
-
Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;
-
Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;
-
XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;
-
Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;
-
Orta əsrlərə dair Ninəlov kəndində Səhhət qalası;
-
XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı;
-
XIX əsrə aid Şərəfə məscidi və hamamı ;
-
Tunc dövrünə aid Şərəfə kurqanı.
Masallının qəhrəmanları
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu həlak olub.
Qarabağ muharibəsində 5 min nəfərə yaxın Masallı sakini vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan 4 nəfəri - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.
Masallının görkəmli şəxsləri
XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər verib. İqtisadiyyat sahəsindəki uğurlarına görə SSRİ dövründə 50 nəfərdən çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülmüşdür.
-
Ağaşirin Kazımov — Riyaziyyat Alimi, Pedaqoq, Təcrübəli Müəllim
-
Ehtiram Məmmədov — Peşəkar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Masallı Uşaq İncəsənət məktəbi Rəssamlıq şöbəsinin müəllimi
-
Habil İbadov — Rəssamlıq şöbəsinin şagirdi( MusiqiBütün bölmələri), İdman (Şahmat, Güləş), Məktəbli
-
Məmməd Hüseynov — Sosialist Əməyi Qəhrəmanı
-
Hacağa Bayramov — Sosialist Əməyi Qəhrəmanı
-
Əli Cəfərov — Demokratiyanın və Milli Dəyərlərin Təbliği ictimai birliyinin sədri.
-
Əli Bəylərbəyov — general
-
Fətulla bəy Bayraməlibəyov — artileriya general-mayoru
-
Teymur bəy Bayraməlibəyov — etnoqraf, alim
-
Şeyx Fazil Lənkarani (ata, Ərkivan kəndi)
-
Mir Kazım Aslanlı — şair, həkim, bəstəkar, alim, tərcüməçi
-
Qürbət Əzimov — Rayonda bir sıra məktəblərin yaradıcısı, Böyük Vətən Müharibəsi iştirakçısı (zabit), ictimai xadim. (1914-1993)
-
Zəbi Quliyev — dövlət xadimi
-
Gülhüseyn Hüseynoğlu — Azərbaycanın Xalq yazıçısı
-
Məmməd Kazım — şair
-
İlham Əsgərov — Azərbaycanın Xaılq Artisti
-
Elşən Rüstəmov — Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru.
-
Baloğlan Əşrəfov — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti.
-
Yaşar Əzimov — "Hüquq və Azadlıq" qəzetinin təsisçisi və ilk baş redaktoru. (1961-2009)
-
Yusifova Gülarə — əməkdar hekim(pediatr)
-
Mirzəxan Əzimov — Görkəmli pediatr, Tibb elmləri namizədi. (1951-2011)
-
Vaqif Yusifli — Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidci, filologiya elmləri doktoru.
-
Cavanşir Yusifli — Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi, filologiya elmləri doktoru.
-
Nurəddin Ədiloğlu — yazıçı,(Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü)
-
Elçin Cahangirli — rejissor
-
Elçin Musaoğlu — rejissor
-
Musa Quluzadə — professor. (T.e.d)
-
Zeydulla Ağayev — professor.(F.e.d.)
-
Fərahim Sadıqov — professor.(P.e.d.) Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü.
-
Ədalət Fərəcov — professor (B.e.d) "XX əsrin görkəmli elm adamı"
-
Süleyman Əlisa — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist
-
Elşad Əhədov — Azərbaycanın Milli Qəhrəmanı.
-
Elşad Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı.
-
Qubad Nəsirov — Sosialist Əməyi qəhrəmanı.
-
Qulamhüseyn Əlibəyli — Aydınlar Partiyasının sədri.
-
Səfa Axundov — Azərbaycanın Milli Qəhrəmanı.
-
Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı.
-
Adəm Seyfullayev(Qızılbaşlı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair.
-
Rəhim Tağıyev — Masallı rayon Hişkədərə kəndində yerləşən tarixşünaslıq muzeyinin yaradıcısı.
-
Əlişirin Şükürlü — Fizika–riyaziyyat elmleri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
-
Aliq Nağıoğlu — Yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü
-
İbrahim İbrahimov — "ÇAĞIRIŞ" qəzetinin Redaktoru.
-
Hakim Eyvazov (Sultan Hakim) — "Hüquq və Azadlıq" qəzetinin baş redaktoru, TodayNews.az informasiya portalının təsisçisi, Araz FM-in əməkdaşı
-
İstinadlar