top of page

Masallı

 

Əhali 9 600 nəfər (2013)

Telefon kodu +994 25

 

Masallı — şəhər, Azərbaycan Respublikasının Masallı rayonunun inzibati mərkəzi. 1960-cı ildə rayon tabeli şəhər statusu almışdır.

 

Etimologiyası

 

Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə “məsəlli yer” adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra “mosullu” adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şixlar kəndi və Masallının adı çəkilir (“Əxbərnamə”, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub. Masallının yaranma tarixinin XI – XII əsrlərə aid olduğu ehtimal edilir.

 

Tarixi

 

5 mart 2013-cü ildə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır

 

Ərazisi

 

5 mart 2013-cü ildə Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.

 

Coğrafiyası və iqlimi

 

İstisu

 

İstisu hidrogen-sulfidli müalicə ocağıdır. Yerlilər buna “möcüzə su” deyirlər. Isti su yerin altından təbii halda 69 dərəcə C temperaturla çıxır. Ona görə adı belə də qalıb: İstisu. Bu su ilə oynaq-əzələ, dəri-zöhrəvi və bir çox xəstəlikləri müalicə edirlər. Sanatoriyada müalicə mineral su vannalarında aparılır. İstisudakı qayaların arasından çıxan su isə buz kimi soyuqdur. Hidrogen-sulfidlə zəngin olan bulaq sularından kəskin lax yumurta qoxusu gəlir. Suyu dərman kimi stəkanlara doldurur və dadını hiss etməmək üçün birnəfəsə içirlər. Bulaqların üstündə “böyrək suyu” və “mədə suyu” sözlərini oxumaq olar. Bulaq sularının mədə yarası və böyrək ağrılarını sağaltdığı söylənilir. Istisuda suyun müalicəvi tərkibi XX əsrin 50-ci illərində aparılan araşdırma işləri zamanı məlum olub. Əslən Masallıdan olan geoloq–alim Mir Kazım Aslanlı 1955-ci ildə isti suyun müalicəvi əhəmiyyəti ilə bağlı dissertasiya müdafiə edib. Burada 60-cı illərdə yaradılan müalicə-istirahət zonası 2007-ci ildə sanatoriya statusu qazanıb. Subtropik iqlimə malik olduğundan, Masallıya düşən yağıntının miqdarı regionun digər yerlərinə görə daha çoxdur. Tez-tez yağan yağış Talış meşələrinə romantik çalar qatır. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 km aralıdır. İstisu ilin bütün fəsillərində gözəl olur. Payızda təbiətin bütün rənglərini Talış meşələrində görmək olur. Bu mövsümdə tək–tük otel çalışır. Istisunun bütün gözəlliyini yaşamaq üçün yaz, payız və qış aylarında getmək məsləhətdir. Həm adam az olur, həm də nisbətən sərin havada istisu vannasını qəbul etmək rahat olur. Əgər yayın qızmar istisində vannada 3 – 5 dəqiqədən artıq dayanmaq çətindirsə, sərin havada saatlarla hovuzda üzmək olur. İstisu vannasından sonra yüngüllük hiss edirsən. Bədəninizdə yara yaxud ağrı varsa, suyun yaratdığı möcüzənin şahidi olursunuz. Yay mövsümünün gəlməsi ilə meşədə mənzərə tamamilə dəyişir. Kurort mövsümünün qızışdığı iyul–avqust aylarında buraya müalicə olunanların axını baş verir. İstisu şəlalələri ilə də məşhurdur. Buranın gözəlliyini birə min qat artırır. Yay aylarında meşənin dərinliyində gizlənən şəlalələr ətrafı sərin tutduqlarına görə insanlar onlara yaxın yerlərdə piknik edirlər.

 

Əhalisi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Görkəmli şəxsləri

 

  • Abı Bağırov — İkinci dünya müharibəsi iştirakçısı

  • Ataxan Əbilov

 

 

Xarici keçidlər

 

 

Mənbə: Wikipedia

@ 2015 by Vahid Media Televiziya Reklam və Film Xidməti Sən. və Tic. A.Ş

  • Facebook B&W
bottom of page