Kim Kardashian'dan Səmimi Etiraflar
- Vahid Məmmədov
- 2 May 2015
- 1 dakikada okunur

Yataq otağıyla əlaqədar soruşulan suala səmimiyyətlə cavab verdi
Kim Kardashian, şəxsi həyatını və çılpaqlıqla əlaqədar düşüncələrindən danışdı.
Bütün ailəsiylə birlikdə kamera qarşısına keçdiyi Keeping Up With The Kardashians adlı reality şov'un ulduzlarından Kim Kardashian, şəxsi həyatını və çılpaqlıqla əlaqədar düşüncələrini cürətkar bir şəkildə gözlər önünə sərdi.
Love jurnalının yeni sayı üçün obyektiv qarşısına keçən Kardashian, jurnalda qonaq redaktor olaraq vəzifə alan model Cara Delevingne'nin suallarını da cavablandırdı.
Kim Kardashian, anası Kris Jenner'ın Bruce Jenner ilə evliliyindən olan və son dövrdə moda dünyasında sürətlə yüksələn ögey qardaşı Kendall Jenner ilə qısa müddətə yer dəyişdirmək istədiyini söylədi.
1.59 sm uzunluğundakı Kim Kardashian, qısa müddətə 1.78 sm boyundakı Kendall Jenner'ın yerinə keçib, dünyanı onun gözləriylə görməyi çox istədiyini bildirib.
Ancaq bu Kim Kardashian'ın fiziki görünüşündən xoşlanmadığı mənasını da gəlmir əlbəttə. Kardashian, illərdir çox kilolarıyla mübarizə etməsinə və görünüşünü qorumaq üçün göstərdiyi cəhdə baxmayaraq, bədənindən son dərəcə məmnun.
"Çılpaqlığı sevirəm" deyən Kardashian əri Kanye West`in də özünə "daha seksual geyin" təlqininində olduğunu bildirib. West`in bu mövzuda özünə ən çox cəsarət verən adam olduğunu və özünə etibarını artırması mövzusunda da köməkçi olduğunu bildirib.
Bir uşaq anası Kim Kardashian, 22 yaşındakı Cara Delevingne'in yataq otağı sirləriylə əlaqədar sualını da cavabsız buraxmayaraq Delevingne'nin "Ən sevdiyiniz sevişmə pozisyası hansıdır" sualına, "Hər zaman olduğu kimi ombalarını ön plana çıxarmağı sevdiyini söyləyərək" cavab verdi.
Komentarze